Tətbiq daxilindən silinmə
Nard Legends hesabınızı və ona aid məlumatları tətbiq daxilindən silə bilərsiniz.
- Oyunu açın və silmək istədiyiniz hesaba daxil olun.
- Lobbidə “Hesab” bölməsini açın.
- Nüsxə saxlamaq istəyirsinizsə, əvvəlcə “Məlumatlarımı export et” seçin.
- “Hesabı sil” düyməsinə toxunun.
- Xəbərdarlığı oxuyun və “Bəli, hesabımı sil” seçimi ilə təsdiqləyin.
Silinmə birdəfəlikdir. Profil, virtual qızıl və gümüş balansı, skinlər, dost əlaqələri, reytinq və hesaba aid oyun məlumatları silinir. Əvvəlcə lazım olan məlumatların nüsxəsini saxlayın.
Tətbiqə daxil ola bilmirsiniz?
abilovelchin@gmail.com ünvanına mövzuda “Nard Legends — Hesabın silinməsi” qeyd etməklə yazın. Oyunçu adınızı və hesabın silinməsini istədiyinizi bildirin.
Hesabın sizə aid olduğunu yoxlamaq üçün əlavə məlumat tələb oluna bilər. E-poçtla göndərilən silinmə sorğuları 30 gün ərzində icra olunur. Şifrə və giriş kodlarını göndərməyin.
Silinmə sorğusu göndərAlışlar və sosial giriş
Hesabın silinməsi əvvəlki alışları avtomatik geri qaytarmır. Geri ödəniş müraciətləri müvafiq App Store və ya Google Play mağazası vasitəsilə edilir.
Apple ilə girişdən istifadə etmisinizsə və tətbiq Apple giriş icazəsini ayrıca ləğv etməyinizi bildirirsə, bunu Apple hesabınızın giriş icazələri bölməsində tamamlayın.
Məlumatlarım barədə sualım var
Məxfilik siyasətini oxuyun və ya dəstəyə müraciət edin.